İsrail əsgərlərindən DƏHŞƏTLİ HƏRƏKƏT – Uşaqları belə vurublar (18+VİDEO)backend

İsrail əsgərlərindən DƏHŞƏTLİ HƏRƏKƏT - Uşaqları belə vurublar (18+VİDEO)

İsrail əsgərləri Qəzzada uşaqlara birbaşa atəş açıblar – 160-dan çox fakt sənədləşdirilib

KONKRET.az xəbər verir ki, İngiltərənin nüfuzlu BBC media qurumunun yeni araşdırması Qəzza müharibəsi zamanı israilli hərbçilər tərəfindən uşaqlara qarşı birbaşa hücumların edildiyini ortaya çıxarıb. Araşdırmada 160-dan çox uşağın hədəf alınaraq vurulduğu hallar sənədləşdirilib.

BBC-nin təqdim etdiyi sgörə, öldürülən uşaqların 95 faizi baş və sinə nahiyəsindən açılan atəş nəticəsində həyatını itirib. Qurbanların əksəriyyəti 12 yaşdan kiçik uşaqlardır.

Hadisə şahidlərinin, tibb işçilərinin və beynəlxalq hüquq müdafiə təşkilatlarının verdiyi məlumata əsasən, əsl sayın bu rəqəmlərdən dəfələrlə çox olduğu ehtimal edilir. Lakin İsraildə tətbiq edilən media senzurası bu kimi halların sənədləşdirilməsinə və ictimailəşdirilməsinə ciddi maneə yaradır.

Araşdırmanın nəticələri beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanıb və uşaqlara qarşı yönəlmiş bu zorakılıq aktlarının müstəqil araşdırılması üçün çağırışlar artmaqdadır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*