İsrail iki israilli-amerikalı girovun cəsədini Qəzzadan çıxardıbackend

İsrail iki israilli-amerikalı girovun cəsədini Qəzzadan çıxardı

İsrail Müdafiə Qüvvələri və “Şin Bet” xüsusi xidmət orqanının həyata keçirdiyi əməliyyat nəticəsində 7 oktyabr 2023-cü il tarixində HƏMAS hücumu zamanı öldürülən iki israilli-amerikalı girovun – Cudi Vaynşteyn və Qad Haqqayın cəsədləri Qəzza zolağından çıxarılıb.

Bu barədə iyunun 5-də İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamasında bildirilib.

KONKRET.az xəbər verir ki, onların qalıqları Qəzzanın Xan Yunis bölgəsində aşkar edilib. Hər iki şəxsin 2023-cü ilin dekabrında öldüyü Kibbutz Nir Oz rəhbərliyi tərəfindən təsdiqlənmişdi. Məlumata görə, Cudi Vaynşteyn Kanada vətəndaşlığına da malik olub.

Baş nazir Benyamin Netanyahu başsağlığı verərək bu hadisəni “dəhşətli itki” adlandırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*