İsrail ilk dəfə HƏMAS-la müharibənin dayandırılmasını müzakirə edir.
KONKRET.az xəbər verir ki, ərəb nəşri “Almodon” İsrail mediasına istinadla yazır ki, İsrail ilk dəfə olaraq HƏMAS-la Qəzza müharibəsinin dayandırılması mövzusunu müzakirəyə başlayıb. Məqalədə qeyd olunur ki, əvvəlki razılaşmalardan fərqli olaraq, bu dəfə əsas müzakirə mövzusu müharibənin sona çatdırılmasıdır.
Eyni zamanda, Dohada aparılan danışıqların mürəkkəb olduğu, çoxsaylı məsələlərin müzakirə olunduğu bildirilir. İsrail isə nümayəndə heyətinin Dohada uzun müddət qalmasını müsbət siqnal və razılıq layihəsinin əldə olunması üçün ümid olaraq qiymətləndirir.
Müşviq Tofiqoğlu
KONKRET.az