İsrail Suriya əsgərlərinin bombalanmasını faktını təsdiqlədi – VİDEObackend

İsrail Suriya əsgərlərinin bombalanmasını faktını təsdiqlədi - VİDEO

İsrail ordusunun mətbuat xidməti ölkənin siyasi rəhbərliyinin göstərişi ilə Suriyanın cənubundakı Əs-Suveydada Suriya hökumət qüvvələrinin hərbi texnikasına zərbələr endirildiyini bildirib.

KONKRET.az xəbər verir ki, zərbələr bir neçə zirehli texnikanın, o cümlədən tankların, zirehli transportyorların və minaatanların, eləcə də onların yuxarıda qeyd olunan əraziyə yaxınlaşmasının qarşısını almaq üçün endirilib.

“İsrail Müdafiə Qüvvələri hadisələri izləməyə, müdafiəyə və müxtəlif ssenarilərə hazırlaşmağa davam edir”, – mətbuat xidmətinin bəyanatında deyilir.

Eyni zamanda Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) Əs-Suveydada silahlı toqquşmalar nəticəsində 116 nəfərin həlak olduğunu, onlardan 64-nün druzi, 52-nin isə suriyalı əsgər və silahlı bədəvi olduğunu bildirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*