İsrailin Ukraynadan SEPAH-la bağlı XAHİŞİbackend

İsrailin Ukraynadan SEPAH-la bağlı XAHİŞİ

İsrail Ukraynadan SEPAH-ı terror təşkilatı kimi tanımağı xahiş edib.

KONKRET.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna prezidenti ilə görüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması məsələsinin Ukrayna parlamentində qaldırılmasını istəyib.

“Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini, Ukraynadakı müharibəni və Yaxın Şərqdəki vəziyyəti, xüsusilə də İran məsələsini müzakirə etdik. Mən prezidentə SEPAH-ın terror təşkilatı kimi tanınması təşəbbüsünü parlamentdə irəli sürməyi tövsiyə etdim”, – deyə Saar bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*