Qəzzadakı israilli girovların sabah iki mərhələdə azad edilməsi gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Qalei Tzahal” radiosu məlumat yayıb.
Oğurlanmış girovların ailələrinə məlumat verilib ki, Bakı vaxtı ilə səhər saat 9:00-da girovlar şəhərin iki müxtəlif məntəqəsində azad ediləcək. Üçüncü lokasiyada saxlanılanların isə ikinci mərhələdə azadlığa buraxılması gözlənilir.