İstanbulda İran və “Aİ-3” arasında danışıqlar BAŞLADIbackend

İstanbulda İran və "Aİ-3" arasında danışıqlar BAŞLADI

İstanbulda İran və Avropa İttifaqı üçlüyü arasında danışıqlar başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, 12 günlük İran-İsrail müharibəsinin bitməsindən sonra İran və Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların ilk raundu start götürüb.

Agentliyin məlumatına görə, Avropa nümayəndə heyəti artıq İran konsulluğunun binasına gəlib. İslam Respublikasını xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*