Su içmək orqanizmin diqqətini artırır, immuniteti gücləndirir, ağız qoxusunu azaldır, maddələr mübadiləsini sürətləndirir, bədən temperaturunu tənzimləyir və həzm sisteminə müsbət təsir göstərir. Xüsusilə yay aylarında artan tərləmə səbəbindən bədənin su ehtiyacının qarşılanması vacibdir.
KONKRET.az pravda.az-a istinadən bildirir ki, su çatışmazlığı bədən istiliyinin tənzimlənməməsinə, vitamin-mineral daşınmasının pozulmasına, maddələr mübadiləsinin yavaşlamasına, qan dövranı problemlərinə, yorğunluğa və həzm çətinliklərinə səbəb ola bilər. Həkimlər yayda və digər mövsümlərdə gündə 2,5–3 litr su içməyi tövsiyə edirlər.
Sıvı itkisini azaltmaq üçün çay və qəhvəni az içmək, alkoqol və siqaretdən uzaq durmaq, günün ən isti saatlarında çölə çıxmamaq və yüngül yay geyimləri seçmək məsləhətdir.