“Moskva və Kiyev arasında sülh müqaviləsi bağlanarkən Ukraynada hərbi əməliyyatların bərpa olunmayacağına zəmanət vermək lazımdır”.
KONKRET.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Maria Malmo Stenergaard deyib.
O bildirib ki, İsveç sülhü qorumaq üçün Ukraynaya sülhməramlı kontingent göndərməyi istisna etmir:
“Əvvəlcə biz beynəlxalq hüquqa hörmət edən ədalətli və davamlı sülh haqqında razılığa gəlməliyik. Belə sülhü bərqərar etdikdən sonra onun qorunub saxlanmasını təmin etmək lazım olacaq”, – nazir vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az