İtaliyada doğum tempini artırmaq üçün yollar axtarılırbackend

İtaliyada doğum tempini artırmaq üçün yollar axtarılır

“İtaliyada demoqrafik vəziyyəti yaxşılaşdırmaq və doğum nisbətini artırmaq üçün radikal tədbirlərə ehtiyac var”.

KONKRET.az xəbər verir ki, bunu İtaliyanın Fertility Fondunun rəhbəri Gigi De Palo müraciətində deyib: “İtaliyanın şok terapiyasına ehtiyacı var – şirkətləri, bankları, şəhərləri və siyasi müxalifəti birləşdirən məhsuldarlıq siyasəti lazımdır”.  Onun sözlərinə görə, bir uşağı 18 yaşına çatana qədər saxlamaq dövlətə 178 min avroya başa gəlir. De Palo doğum səviyyəsinə görə Avropada lider olan  Fransanı misal çəkib.

Onun fikrincə, bu, ailədəki uşaqların sayından asılı olaraq vergilərin azaldılması ilə bağlıdır. İtaliyada doğum nisbətinin azalması 2008-ci ildən başlayıb və ölkədə doğum göstəricisi hazırda çox aşağıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*