Kadırov Stalini satqın adlandırdı – VİDEObackend

Kadırov Stalini satqın adlandırdı - VİDEO

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Qroznının 205 illiyi münasibətilə çeçen xalqını təbrik edib.

KONKRET.az xəbər verir ki, Kadırov çıxışı zamanı SSRİ generalissimusu İosif Stalini satqın adlandırıb.

“Bu gün heç kim çeçenlərin satqın olduğunu deməyəcək. Xain təkcə çeçen xalqını deyil, digər xalqları da qovmuş İosif Stalin idi. O zaman xalqı və respublikası üçün məsuliyyət daşıyan lider yox idi”, – deyə Çeçenistan rəhbəri bildirib.

Kadırov onu da vurğulayıb ki, hazırda Çeçenistanda qərar verən güclü komanda var.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*