Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı oldubackend

Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı oldu

Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov öz Telegram kanalında məlumat verib.

“Adam Ramzanoviç müstəsna bacarıqlı, hərtərəfli təhsilli və məqsədyönlü gəncin parlaq nümunəsidir. O, çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətləri nümayiş etdirib, daim öz inkişafı üçün səy göstərib”, – deyə məlumatda bildirilir.

Çeçenistanın hüquq-mühafizə orqanları Adam Kadırovun Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli döyməsi ilə bağlı iş açmaqdan imtina edib.

Bildirilir ki, Adam Kadırovun yaşına görə cinayət işi açılmayacaq:

“Onun 15 yaşı var və qanuna görə, bu cür hərəkətlərə görə məsuliyyət 16 yaşından başlayır”, – deyə məlumatda qeyd olunur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*