Deputat Xamaev Kadırovu tənqid etdi – VİDEObackend

Deputat Xamaev Kadırovu tənqid etdi - VİDEO

Tatarıstandan olan deputat Xamaev Kadırovun oğlunun “müsəlmanların qəhrəmanı” elan edilməsini pisləyib.

KONKRET.az xəbər verir ki, Dövlət Şurasının deputatı Azat Xamaev parlamentin iclasında tribunadan çıxış edərək adını çəkməsə də, Çeçenistanın rəhbəri Ramzan Kadırovu tənqid edib.

“Özümə verdiyim ilk sual: bu gün biz hansı hüquqi sahədə yaşayırıq? Rusiya Federasiyasının subyektinin rəhbəri oğluna kişi döydüyünə görə qəhrəman adı verir. Fikrini daha da inkişaf etdirərək deyir ki, o, bütün müsəlmanların qəhrəmanıdır. Kim cavab verə bilər?” – Xamaev deyib.

Deputatın sualı Tatarıstanda vətəndaşların vətənpərvərlik tərbiyəsi haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı qaldırılıb. Deputatlardan heç biri ona cavab verməyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*