“Kalaşnikov”la Putinin iqamətgahına yaxınlaşdı: “Onunla şəxsi söhbətim var” – DETALLAR  backend

“Kalaşnikov”la Putinin iqamətgahına yaxınlaşdı: “Onunla şəxsi söhbətim var” - DETALLAR  

Moskvada Prezident Administrasiyasının binası yaxınlığında oyuncaq pulemyotlu şəxs saxlanılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan 1954-cü il təvəllüdlü təqaüdçü kişi bildirib ki, 15 ildir “şəxsi məsələləri müzakirə etmək üçün” Rusiya prezidenti Vladimir Putinlə görüşməyə çalışır.

Məlumatda deyilir ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları aprelin 3-də səhər saatlarında Prezident Administrasiyasının videomüşahidə kameralarında çiynində “Kalaşnikov” avtomatı olan şəxsi görüblər, bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb.

Saxlanılan şəxs oyuncaq avtomatın nə üçün lazım olduğunu izah etməyib. Söhbətdən sonra o, psixiatriya klinikasına yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, onlara belə məlumat daxil olmayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*