Kaliforniya ştatının Half-Mun-Bay şəhərində baş verən iki atışma nəticəsində azı 7 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, həlak olanlar fermanın çinli işçiləridir.
Məlumata görə, polis 67 yaşlı şübhəli şəxsi həbs edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
İqbal Rzayev,
KONKRET.az