Şəkidə ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
KONKRET.az