Kanada Kiyevə 305,7 milyon dollar dəyərində hərbi yardım göstərmək niyyətindədir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyer Almaniyanın Ramşteyn aviabazasındakı açıqlamasında deyib. Bu vəsaitin 139 milyon dolları mərmi üçün, 34,7 milyon dolarlı isə artilleriya sursatlarının alınmasına xərclənəcək. Qalan vəsait PUA və onlar üçün avadanlıqların, eləcə də, qış geyimlərinin alınmasına yönəldiləcək. Xatırladaq ki, 2022-ci ilin fevralından Kanada Kiyevə 3,13 dollardan çox hərbi yardım göstərib.
Vəli Həsənoğlu,
KONKRET.az