ABŞ dövlət katibi Marko Rubio Kanadanın xarici işlər naziri Mélanie Joly ilə sərhəd və enerji təhlükəsizliyini müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Dövlət Departamentinin bəyanatına istinadən yayılan məlumatda bildirilir ki, xarici işlər orqanlarının rəhbərləri sərhəd və enerji təhlükəsizliyi kimi ümumi qlobal problemlərin həllində əməkdaşlıq variantlarını müzakirə ediblər . Söhbət zamanı Rubio Kanadanın “Çinin ədalətsiz iqtisadi təcrübələrinə qarşı mübarizə” səylərini də yüksək qiymətləndirib. Kanada Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, Ottava Aİ ölkələri, Böyük Britaniya və Meksika ilə ABŞ prezidenti Donald Trampı idxal rüsumlarının tətbiqi ideyasından imtina etməyə birgə razı salmağı müzakirə edir. Tramp isə Kanada və Çin mallarına əlavə rüsum tətbiq etməkdə israrlıdır.
Vəli Həsənoğlu,
KONKRET.az