“Kapital Bank” ATM-lərindən 1 faiz komissiya tutulması yalnız bu şəxslərə aid ediləcək – RƏSMİbackend

“Kapital Bank” ATM-lərindən 1 faiz komissiya tutulması yalnız bu şəxslərə aid ediləcək - RƏSMİ

“Birbank” istifadəçilərinə göndərilən bildirişdə 27 noyabrdan etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatları üçün 1% komissiya tətbiq ediləcəyi açıqlanıb. Bu qərar sosial şəbəkələrdə narazılığa səbəb olub.

İstifadəçilər hesab edirlər ki, bankın öz müştərisindən, həm də özünə məxsus ATM-lərdən pul çıxarmağa görə, komissiya tutması düzgün deyil.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab verən “Kapital Bank” bildirib ki, komissiyasız aylıq nağdlaşdırma və köçürmə limiti müştərilərin maliyyə davranışına əsasən fərdi qaydada müəyyən olunur. Bankdan qeyd edilib:

“27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında “Birbank”a məxsus bankomatlardan nağdlaşdırma və “Birbank” kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR). Lakin “Birbank” kartlarından şəxsi vəsaitinizi “Birbank” (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur”.

Müşviq Tofiqoğlu
KONKRET.az

  • Mehrac
    Noyabr 15, 2025 - 09:36

    Düşünürəm ki, bu yalnış addım olar. Kapital bank öz müştərilərindən özünə məxsus bankomatlardan faiz tutması xoşagələn bir qərar deyildir. Bu kimi hallar kapital bankın müştərilərini itirməyə gətirib çıxaracaq. Qaldı ki, kapital bank kartlarından ölkədaxili digər bank kartlarına köçürülməyə görə faizin tutulması hardasa başa düşüləndir.

  • Əmirxan
    Noyabr 15, 2025 - 11:12

    Əgər məndən pul tutulacaqsa lazım deyil mənə kapital bank. Kartlarımı və birbank tətbikimi ləğv edəcəm

    • Hafis
      Noyabr 19, 2025 - 16:44

      Necə ildir işlədirəm avropadada istifadə etmişəm sms bildirişdə 1.azndən üaldıt63 azn ediblər məndə baqladım bir bildiriş ücün 3 azn cox böyük bir məbləqdir lazım gəlsə imtina edib münasib bank secəcəm

  • Namidar
    Noyabr 15, 2025 - 13:08

    kiredit almaq isdeyirem

  • Vidadi
    Noyabr 17, 2025 - 00:26

    olkeni cindirxana eleyibler. Ne vaxt cevriliş olacaq?

  • Samir
    Noyabr 18, 2025 - 12:34

    Xəbəri oxudum, pulu başqa banka kartıma köçürdüm və kartı bağladım.

  • Seymur
    Noyabr 19, 2025 - 06:46

    Kapital bank əyər bu təklifi qəbul etsə,mən kapitala YOX deyirəm.

  • Abbas
    Noyabr 19, 2025 - 09:48

    Bəli əgər Kapital bank belə bir addım atarsa,məndə kartımı və birbank tətbiqini ləğv edəcəm.Mən ATB dən maaş alıram ama kapita köçürdüb bütün işlərimi kapital üzrə həll edirəm.Belə olduqda isə daha istifadə etməyimin də heçbir mənası olmayacaq

  • İlkin
    Noyabr 19, 2025 - 19:04

    Əgər belə bir proses olacaqsa abb keçəcəm

  • Elmeddin
    Noyabr 20, 2025 - 10:24

    Ancaq pul tutulsuz faiz artirilsin komissiya tutulsun.Ancaq oz xeyirlerine
    Birazda bu milleti düşünün

  • Zavir
    Noyabr 21, 2025 - 17:39

    Az.n dövlətində ən çox pul kapital bankda olmasına baxmayaraq ən az bankomat da kapital bankdadır (həcmə görə). Məhz ən çox da problemlər kapital bankomatlarında yaranır. Ya pul olmur, ya set, ya da bankomat ümumiyyətlə işləmir. Bu qərar odur ki, abunəçilərin bankpmata tələbi artacaq. Pul əskinası çıxarıb digər bank kartlarına yükləmək üçün…
    Həəə, kapital bank, bax gör nə qədər etirazlarla üzləşəsisən, nə qədər abunəçi sənin kartınl ləğv edəcək. Hələ söhbət varki maaş alacağımız bankları az vaxtda özümüz seçmək hüququnda olacağıq…5-10 manat əlavə qazanc əldə etmək üçün nə xalqı incidin, nə də özünüzü nüfuzdan salın…

Vidadi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*