Karapetyan həbsxanadan Paşinyana qarşı ÇAĞIRIŞ ETDİ: “Yeni güc ətrafında birləşmək vaxtıdır”backend

Karapetyan həbsxanadan Paşinyana qarşı ÇAĞIRIŞ ETDİ: “Yeni güc ətrafında birləşmək vaxtıdır”

Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan iş adamı Samvel Karapetyanın müraciətini vəkili Aram Vardevanyan oxuyub.

KONKRET.az xəbər verir ki, Karapetyan bildirib ki, son bir neçə gün onun həyatında ən önəmli dönəmlərdən biri olub. Qeyri-qanuni həbsdə olmasına baxmayaraq, minlərlə insanın dəstəyi sayəsində özünü tənha və təcrid olunmuş hiss etmədiyini vurğulayıb.

O, qeyd edib ki, bu dəstək Ermənistan cəmiyyətinin əksəriyyətinin bir fikirdə olduğunu göstərir: “Tarixə və milli dəyərlərə arxa çevirən, yalnız öz mənafeyini güdən kiçik bir qrup insan erməni xalqının və Erməni Apostol Kilsəsinin mahiyyətini tapdalaya bilməz.”

Karapetyan, Ermənistanın gələcəyinin mövcud hökumət və baş nazir Nikol Paşinyanla bağlı olmamalı olduğunu deyib: “Vaxt gəldi ki, yeni güc ətrafında birləşək və bunu öz üsulumuzla həyata keçirək.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*