Karapetyan Paşinyanı “məğlub etdi” – QƏRARbackend

Karapetyan Paşinyanı "məğlub etdi" - QƏRAR

Samvel Karapetyan Ermənistan hökuməti üzərində Beynəlxalq Məhkəmədə qalib gəlib.

KONKRET.az xəbər verir ki, Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj Ermənistanı yeni qəbul edilmiş “Energetika haqqında” və “İctimai xidmətlərin tənzimlənməsi orqanı haqqında” qanunların “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə şamil edilməsindən, eləcə də bu şirkətin ekspopriasiyası (milliləşdirilməsi) ilə bağlı növbəti addımlardan çəkinməyə məcbur edib.

Arbitraj Ermənistanın hərəkətlərinin “ciddi şübhələr doğurduğunu” əsas gətirərək, təcili müdafiə tədbirlərinin tətbiq edilməsinin zəruriliyini bildirib.

Qeyd edək ki, təcili arbitrajın qərarı Ermənistan hökuməti tərəfindən icrası məcburidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*