Keçmiş baş nazir qanunsuz gəlirlərini etiraf etdibackend

Keçmiş baş nazir qanunsuz gəlirlərini etiraf etdi

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili dindirilərkən qanunsuz gəlir əldə etdiyini etiraf edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze məlumat verib.

“Keçmiş baş nazir İrakli Qaribaşvili bu gün dindirilib. O, istintaqla tam əməkdaşlıq edir və bir neçə il ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib”, – Qaqnidze bildirib.

Korrupsiyaya qarşı mübarizə agentliyinin rəhbəri bundan əvvəl məlumat vermişdi ki, keçmiş yüksək vəzifəli məmurların, o cümlədən Qaribaşvilinin evlərində axtarışlar aparılıb. 7 milyon dollardan çox pul, 198 zinət əşyası və saat, bahalı rəsm əsərləri, sənədlər ələ keçirilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*