Keçmiş məktəb direktoru bir şüşə araq içdi və yerindəcə öldü – FOTO/VİDEObackend

Keçmiş məktəb direktoru bir şüşə araq içdi və yerindəcə öldü - FOTO/VİDEO

Hadisə Rusiyanın Tolyatti şəhəri yaxınlığında – Samara vilayətinin Podstepki kəndində baş verib. Şahidlər hadisəni lentə alaraq sosial şəbəkələrdə yayıblar.

KONKRET.az xəbər verir ki, Rusiyada ilk dəfə göz ağında döymə etdirən məşhur bloger İlya Qubarev faciəli hadisənin iştirakçısı olub. İlya mağazanın pilləkənlərində oturan adama yarım litr araq alıb. Söhbət əsnasında bloger ondan bu arağı birnəfəsə içə biləcəyini soruşub. Videoda baş verənlər şahidlər tərəfindən çəkilib.

Lakin “oyunun” nəticələri ağır olub. Bir neçə saat sonra təcili yardımın gəlməsini gözləmədən kişi ölüb. Ölən kişinin isə bəzilərinin əvvəlcədən düşündüyü kimi səfil olmadığı ortaya çıxıb – yerli məktəbin keçmiş direktoru Nikolay Kolçanov 4 uşaq atası olub. Nikolay təxminən üç ay olar içmirmiş və həmin gün mağazanın pilləkənlərində niyə oturduğu aydın deyil.

Video sosial şəbəkələri iki düşərgəyə bölüb. Bəziləri blogerin ehtiyatsız davranaraq keçmiş direktorun sonunu yaxınlaşdırdığına inanırlar. Digərləri bunun təmiz bir təsadüf olduğunu qeyd edirlər. Qubarevin özünün dediyinə görə, mağazaya konyak üçün gedib və kişi ondan içki almasını istəyib. Və İlya həmin adama kömək etmək qərarına gəlib. “Məncə, ona çörək alsaydım, o, məsələn, boğula bilərdi. Mən, əksinə, bunu yaxşı niyyətlərdən etmişəm”, – deyən bloger özünü təmizliyə çıxarmağa çalışıb. Ancaq Nikolay Kolçanovun qohumları məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Bir cavab yazın