Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.
KONKRET.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
***13-53
Fövqəladə hallar nazirliyində iki müavinin azad edilməsi rəsmi təsdiqlənib.
KONKRET.az mansetaz-a istinadən xəbər verir ki, bu dəqiqələrdə vəzifələrindən azad edilən Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Etibar Mirzəyevin və digər nazir müavini Orucəli Hacıyevin adları nazirliyin rəsmi portalının rəhbər şəxsləri siyahısından çıxarılıb.
Qeyd edək ki, hər iki nazir müavinin işdən azad edilməsi xəbərini eksklüziv olaraq Manset.az xəbər portalı yayımlamışdı.
