Bu məhsulların idxalında ƏDV ləğv olundubackend

Bu məhsulların idxalında ƏDV ləğv olundu

İncəsənət əsərlərinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*