“Kill Bill”in aktyoru vəfat etdi – FOTObackend

"Kill Bill"in aktyoru vəfat etdi - FOTO

“Kill Bill” və “Reservoir Dogs” filmlərinin ulduzu Maykl Madsen 67 yaşında Maliubu şəhərindəki evində dünyasını dəyişib. Bu barədə aktyorun meneceri Ron Smit məlumat verib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, aktyorun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

Maykl Madsen rejissor Kventin Tarantinonun filmlərindəki yaddaqalan rolları ilə məşhurlaşmışdı.

Ailəsi və nümayəndələrinin verdiyi bəyanatda qeyd olunur:

“Son iki ildə Maykl Madsen bir sıra müstəqil filmlərdə uğurlu işlərə imza atmışdı, o cümlədən yaxın zamanda nümayiş olunacaq Resurrection Road, Concessions və Cookbook for Southern Housewives filmlərində rol almışdı. O, həyatında yeni bir fəsilə başlamağa çox ümidli idi.”

Madsen, həmçinin “Tears For My Father: Outlaw Thoughts and Poems” adlı şeir və düşüncələrdən ibarət yeni kitabını nəşr etdirməyə hazırlaşırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*