Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster?” yarışmada bir ilk yaşanıb.
ATV kanalında yayımlanan yarışmada ilk dəfə Arda Ayten adlı iştirakçı 12 sualın hamısına düzgün cavab verib.
19 yaşlı iştirakçı yarışmadan 1 milyon lirə (300 min AZN) qazanıb. Sonuncu sualda Türkiyənin İstiqlal Marşı ilə bağlı sualı cavablandıran gənc himni əzbərdən oxuyub və doğru cavabı tapıb.