KİV üçün delimitasiya üzrə komissiyaların məlumatının dərc olunması qaydası açıqlandıbackend

KİV üçün delimitasiya üzrə komissiyaların məlumatının dərc olunması qaydası açıqlandı

Kütləvi informasiya vasitələri üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin yekunları üzrə məlumatın dərc olunması qaydası açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, bir qayda olaraq iclasların və birgə işçi görüşlərin yekunları üzrə məzmunu Komissiyaların Sədrləri tərəfindən təsdiq olunan KİV üçün məlumat tərtib olunur və dərc olunur. Komissiyalar KİV üçün məlumatın razılaşdırılmış mətnlərini eyni vaxtda dərc edirlər.

Protokolda “Konfidensial” qrifi qoyulduğu hallar istisna olmaqla, Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxslərinin iclasların və birgə işçi görüşlərin sənədlərinə istənilən rəsmi istinadları müstəsna olaraq razılaşdırılmış və təsdiq olunmuş KİV üçün məlumatın hərfi məzmunu ilə məhdudlaşmalıdır.

Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxslərinin iclasların və birgə işçi görüşlərin yekunları üzrə KİV üçün məlumatın hərfi məzmunundan kənar hər hansı rəsmi istinadları, habelə onların təfsiri və ya şərhi yolverilməzdir və etibarsızdır.

Komissiyaların Sədrlərinin razılaşması ilə Komissiyaların KİV üçün məlumatının məzmunu qarşılıqlı müəyyən olunmuş məsələlər üzrə fərqlənə bilər.

Komissiyalar KİV üçün məlumatın məzmunu üzrə razılığa gəlmədikləri təqdirdə qarşılıqlı razılıq ilə Komissiyalar yalnız iclasların və birgə işçi görüşlərin keçirilməsi faktının qeyd olunması ilə məhdudlaşan məlumat dərc edirlər. Bu halda, Komissiya ilə təmsil olunan bir dövlətin vəzifəli şəxsləri öz ictimai bəyanatlarında Komissiya ilə təmsil olunan digər dövlətin iclasların və birgə işçi görüşlərin gedişində hər hansı razılaşmalarına, elanlarına, bəyanatlarına, çıxışlarına və fikirlərinə toxunmaq hüququna malik deyildir.

Bu Reqlament Azərbaycan Respublikasının və Ermənistan Respublikasının Hökumətləri tərəfindən təsdiq edilir və rəsmi dərc edildiyi tarixdən qüvvəyə minir.

Bu Reqlamentin müddəalarının təfsirində fikir ayrılıqları yarandığı təqdirdə rəsmi razılaşdırılmış və bir-birinə göndərilmiş rus dilində olan mətndən istifadə ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*