backend

KİV üçün qeydiyyat proseduru sadələşdirildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda medianın qeydiyyata alınması üçün Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə birbaşa əlaqə qurmağa ehtiyac yoxdur. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, artıq media dövlət xidməti mərkəzləri vasitəsi ilə qeydiyyata alına bilər.

Yeni prosedura uyğun olaraq, ərizəçi dövlət xidmət mərkəzləri və ya Vahid interaktiv dövlət xidmətləri portalına (my.gov.uz) müraciət edə bilər.

Agentlik əlavə edib ki, hər hansı yeni yaranan medianın qeydiyyatı on beş gün çəkəcək. Əvvəllər bu prosedur 30 gün tələb edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*