Kiyev meri Kliçkodan Zelenski administrasiyasına ŞOK İTTİHAM – Yerli hakimiyyət…backend

Kiyev meri Kliçkodan Zelenski administrasiyasına ŞOK İTTİHAM - Yerli hakimiyyət...

Kiyev meri Vitali Kliçko Zelenski administrasiyasını yerli hakimiyyətləri qorxutmaqda ittiham etdi

Kiyev meri Vitali Kliçko Ukrayna prezidentinin administrasiyasını yerli hakimiyyət orqanlarını təhdid etməkdə qınayıb.

KONKRET.az “The Times”a istinadla xəbər verir ki, Kliçko deyib: “Bir dəfə demişdim ki, ölkəmizdə avtoritarizm qoxusu var. İndi artıq bu qoxu yayıldı”.

O əlavə edib ki, Kiyev meriyasının fəaliyyəti faktiki olaraq axtarışlar, dindirmələr və cinayət işlərinin açılması ilə bağlı hədələmələr səbəbindən bloklanıb.

Kliçko belə yanaşmanı tənqid edərək, bunun ölkədə demokratiyanın zədələnməsinə səbəb olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*