Kiyev PUA alışını ARTIRIRbackend

Kiyev PUA alışını ARTIRIR

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskiyə, Müdafiə naziri Denis Şmıqala və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerova göstəriş verib ki, ölkənin müdafiə ehtiyacları üçün pilotsuz uçuş aparatlarının (PUA) alınması genişləndirilsin və bu məqsədlə əlavə maliyyə ayrılması təmin olunsun.

KONKRET.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, yeni və əlavə müqavilələrin imzalanması artıq gələn həftə baş tutacaq.

“Ukrayna ordusunun texnoloji imkanlarını artırmaq və cəbhədə üstünlük əldə etmək üçün PUA-ların alınması prioritet məsələdir”, – deyə Zelenski qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*