“Kiyev Putinin sülh təklifini qəbul etməsə…” – Narışkin HƏDƏLƏDİbackend

“Kiyev Putinin sülh təklifini qəbul etməsə...” – Narışkin HƏDƏLƏDİ

Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü təklifdən imtina etsələr, Ukrayna üçün sülh sazişinin bağlanmasının növbəti şərtləri daha ağır olacaq.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Sülh sazişinin imzalanması üçün növbəti şərtlər Ukrayna üçün daha çətin və sərt olacaq”, – o, yeni sülh təklifinin rədd ediləcəyi təqdirdə Ukraynanın başına nə gələ biləcəyi barədə sualı belə cavablandırıb.

Xatırladaq ki, bir neçə gün öncə Vladimir Putin Ukraynadakı münaqişənin həlli üçün Krımın, Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiya əraziləri kimi tanınmasını nəzərdə tutan sülh sazişinin şərtlərindən biri kimi təklif edib. Rəsmi Kiyev isə bu təklifləri rədd edib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*