Daha əvvəl Azərbaycanla quru sərhədi olan, həmçinin Xəzəryanı ölkələrin paytaxtlarındakı qiymətləri təqdim etmişik. Bu dəfə hər sabahını silah səsləri ilə açan Ukrayna paytaxtı Kiyevdən bəhs edəcəyik.
KONKRET.az xəbər verir ki, ölkə müharibə şəraitində olduğu üçün oradakı qiymətlər çox adama maraqlıdır. Azərbaycan oxucusu isə savaş gedən ölkənin paytaxtındakı qiymətlərlə Bakıdakı tarifləri müqayisə etməkdə maraqlıdır.
Kafedə orta hesab 5 AZN
Turistlər üçün restoran 15 AZN
Big Mac menyu 4.50 AZN
Kapuçino 1.30 AZN
Ərzaq
0.5litr su 0.41 AZN
0.5litr yerli pivə 0.70 AZN
0.5litr xarici pivə 1.60 AZN
0.75litr çaxır 5 AZN
0.5litr Cola 0.60 AZN
1litr süd 1.1 AZN
1kq düyü 1.30 AZN
1kq pomidor 1.70 AZN
0.5kq çörək 0.50 AZN
1kq banan 1.40 AZN
1kq apelsin 1.50 AZN
1kq alma 0.90 AZN
1kq kartof 0.40 AZN
1kq donuz əti 5 AZN
1kq toyuq əti 3.50 AZN
10 ədəd yumurta 1.20 AZN
1kq pendir 7 AZN
50qr Snichers 0.70 AZN
Yaşayış yeri arendası
Yataqxananın 1 nəfər üçün gecəsi 6 AZN
İki nəfərlik hostel 18 AZN
3-4 ulduzlu oteldə 2 nəfərlik nömrə 40 AZN
Sutkalıq mənzil kirayəsi 25 AZN
Aylıq kirayə 300 AZN
Kommunal xərclər 60 AZN
Aylıq internet xərci 6 AZN
Nəqliyyat
İctimai nəqliyyat 0.30 AZN
Taksi 4 AZN
1litr 95 benzin 1.35 AZN
Təqdim olunan qiymətlər 2022-ci ilin 30 oktyabr tarixində yenilənmiş rəqəmlərdir. Dünən dərc olunan xəbərdə isə Kiyevdə həm 92, həm də 95 markalı benzinlərinin litrinin 2.25 AZN olduğu qeyd olunub. Dizelin litri 2.45 AZN-dir.
Anar Rəhimov,
KONKRET.az
Demək olar ki eynidir