backend

Kobranı öpmək istədi... - Vəziyyəti ağırdır - VİDEO

İlanların ən zəhərli növü olan kobra onu öpən adamı dodağından dişlədi

KONKRET.az Türkiyə mətbuatına istinadən bildirir ki, cənubi Hindistanın Bhadravathi şəhərində bir nəfər evinə girən ilanın tutulması üçün yaxınlıqdakı insanlardan kömək istəyib.

Yardım üçün gələn şəxs ilanı çox asanlıqla tutub və oraya toplaşan insanların diqqətini özünə çəkmək üçün ilanla oynamağa başlayıb.

Kobranı öpməyə çalışan cəsur adam ilanın dodağını çalmasından özünü itirib. Dodağı qanayan ilan ovçusu sürünəni bir torbaya qoyaraq meşəyə buraxıb. Digər tərəfdən xəstəxanaya aparılan həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

KONKRET.az hadisənin videogörüntülərini təqdim edir:

http://

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*