Köçəryan sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı elə şeylər danışdı ki…. – Sabiq prezidentdən GÖZLƏNİLMƏZ AÇIQLAMAbackend

Köçəryan sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı elə şeylər danışdı ki.... - Sabiq prezidentdən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan və onun partiyasının qarşıdan gələn seçkilərdə yenidən seçilmək üçün faktiki heç bir şansı yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyir.

“Bəli, mən görürəm ki, o (Paşinyan) müəyyən seçici kütləsinə təsirini saxlamaqda davam edir. Amma fakt odur ki, bu kütlə kəskin şəkildə azalıb. Onun reytinqinin aşağı düşməsi isə dərin tendensiyadadır. Bu baxımdan, onun yenidən seçilmək şansının olmadığı aydındır”, – Köçəryan Ermənistanın “Beşinci” kanalına müsahibəsində bildirib.

Köçəryanın sözlərinə görə, erməni müxalifəti arasında rəqabət var. O xatırladıb ki, müxalifət küçə döyüşlərindən və Paşinyanın impiçmentindən danışır.  Bundan əlavə, Köçəryan əmin edir ki, bölgədə Türkiyə və Azərbaycanı yalnız Rusiya saxlaya bilər. Fransa və Makronun isə burada vacib maraqları yoxdur.

Onun sözlərinə görə, indiki Ermənistan hakimiyyəti Moskva ilə münasibətləri pisləşdirmək, Rusiyanın düşmənləri ilə əlaqələri yaxşılaşdırmaq yolu ilə gedir.

Eyni zamanda, Köçəryan Türkiyə ilə düşmən olmağın və ya Azərbaycanla sülh imzalamaqdan imtinanın tərəfdarı deyil. Lakin qeyd edir ki, Cənubi Qafqaz ən azı 250 ildir ki, Rusiya və Türkiyə arasında rəqabət meydanı olub. Köçəryan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, zəmanətlər varsa, uzunmüddətli olacaq.

Eks-prezident Sünikdə (Qərbi Zəngəzur) yolun mümkün icarəsi və Zəngəzur dəhlizinin bərpası məsələsinin müzakirəsini Ermənistan hakimiyyətinin “diplomatik uğursuzluğu” adlandırıb.

O, bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məqam Azərbaycanın təkidi ilə 10 noyabr 2020-ci il tarixli bəyanatda yer alıb. Onun sözlərinə görə, Azərbaycan öz əraziləri üzərində tam nəzarəti bərqərar etdikdən sonra Zəngəzurdan keçən dəhlizin müzakirəsi ümumiyyətlə gündəmdə olmamalı idi.

O, bu yaxınlarda Zəngəzur dəhlizinin iqtisadi baxımdan Ermənistan üçün faydalı ola biləcəyini bəyan edən Ermənistan prezidenti Vaaqn Xaçatryanla da razılaşmayıb. Eks-prezidentin sözlərinə görə, bu layihənin guya kommunikasiyaların blokdan çıxarılması ilə heç bir əlaqəsi yoxdur, əslində Azərbaycan və Türkiyəni Orta Asiya ölkələri ilə birləşdirən tranzit xəttidir.

Köçəryan yolun idarəçiliyinin özəl şirkətə verilməsi ilə bağlı müzakirə olunan imkanları da kəskin tənqid edib.

Hakimiyyətlə erməni kilsəsi arasında münaqişədən danışan Köçəryan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Eçmiədzin yaxınlığında elan etdiyi tərəfdarların mitinqi baş tutmaya bilər.

Köçəryan bəyan edib ki, hakimiyyətin hərəkətləri və hücum Erməni Apostol Kilsəsinin əsaslarını sarsıtmaq məqsədi daşıyır. Onun fikrincə, hakimiyyət ruhanilərə və katolikoslara inamı sarsıtmaqla “ÜAK-ı gözdən salmağı və məhv etməyi planlaşdırır”.

Müşviq Tofiqoğlu, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*