Komanda yoldaşını öldürən yeniyetməyə cəza veriləcək?backend

Komanda yoldaşını öldürən yeniyetməyə cəza veriləcək?

Ötən həftə Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib. İlkin məlumata görə, 15 yaşlı yeniyetmə idmançılardan biri digərini boğaraq öldürüb.

KONKRET.az xəbər verir ki, “Hədəf” idman klubundan Oxu.az-a ehtiyatsızlıqdan komanda yoldaşını öldürən yeniyetmənin 15 yox, 13 yaşı olduğu bildirilib.

“Həyatını itirən yeniyetmə də onunla yaşıddır. Hadisə güləşərkən baş verib, qəsdən olmayıb. Başqa bir məlumat bilmirəm”, – klub əməkdaşı deyib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib ki, hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Vəkil Pərviz Hacıyev məsələnin hüquqi tərəflərini belə izah edib:

“Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə, cinayət törədərkən on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Hərbi cinayətlər üzrə 18, bir sıra ağır cinayətlər üzrə 14 yaş müəyyən edilib. Burada görünən odur ki, hər iki yeniyetmənin 13 yaşı var. Şəxslər yetkinlik yaşına çatmış olsaydılar və hadisə ehtiyatsızlıqdan baş versəydi, “ehtiyatsızlıqdan adamöldürmə” ilə iş açılacaqdı. Hər ikisinin 13 yaşı var. 13 yaşlı yeniyetmə cinayət məsuliyyətinə cəlb olunmur.

Sadəcə, sənədləri yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya göndəriləcək. Orada yeniyetmənin valideynləri ilə söhbət aparılacaq və bir sıra tədbirlər görüləcək. Çünki o, cinayət məsuliyyətinə cəlbetmə yaşına çatmayıb. Hadisəni ehtiyatsızlıqdan törətdiyi iddia olunan yeniyetmənin 16 yaşı olsaydı, məsuliyyətə cəlb olunardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*