“Komsomolskaya pravda”: Paşinyanın silah alverindəki payı və müharibədəki məğlubiyyəti barədə bir neçə sözbackend

“Komsomolskaya pravda”: Paşinyanın silah alverindəki payı və müharibədəki məğlubiyyəti barədə bir neçə söz

Paşinyanın Rusiyanın elektron müharibə sistemlərinin pilotsuz təyyarələrlə mübarizədə təsirsizliyi barədə dediklərinə inanmaq mümkündürmü?

Erməni müxalifəti Azərbaycanla müharibədə məğlub olduğu üçün Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Baş nazir ordunu hərbi əməliyyatlara lazımi səviyyədə hazırlamamaqda günahlandırılır. Paşinyansa bəhanələr gətirir və oxları ölkənin əvvəlki siyasi və hərbi rəhbərliyinə yönəldir.

Bu yaxınlarda xalqa müraciəti zamanı isə başqa bir bəhanə tapdı. Guya  2017-ci ildə Rusiyadan alınıb Dağlıq Qarabağ ərazisinə quraşdırılmış operativ elektron müharibə sistemləri (EW) köhnə imiş. Onun sözlərinə görə, “üç il əvvəl, Ermənistan büdcəsindən 42 milyon dollar bu sistemlərin alınmasına yönəldilib. Amma 44 günlük müharibədə “Osa –AK” sistemləri Azərbaycanın hava hücumları qarşısında aciz qaldı”.

Nədənsə Paşinyan Rusiyanın “Pole-21” elektron müdafiə sistemlərinin müharibənin ilk 4 günündə Türk PUA-sına qarşı necə duruş gətirdiyini unudub. Və nəyə görə oktyabrın əvvəllərində bu sistemlərin Qarabağdan çıxarılaraq Ermənistan ərazisinə gətirilməsini heç izah etmir. Məhz “Pole-21” Qarabağdan çıxarıldıqdan sonra türk dronları yenidən Dağlıq Qarabağ səmasında görünməyə başladı. Bundan bir müddət sonra Rusiya istehsalı olan digər elektron müharibə sistemləri işə düşər-düşməz müharibə sona çatdı…

Ermənistanlı mütəxəssislərin zenit raket sistemlərini təriflədiyi halda Paşinyanın buna şübhə etməsi haqlı sual doğurur.  Niyə? Çünki erməni “Wasp”ı bir neçə Azərbaycan pilotsuz təyyarəsini “sancmağı”nı böyük hadisə kimi dəyərləndirdilər. Rusiya  helikopterlərinə gəlincə isə nəticə ümumiyyətlə “sıfır” olur. Deməli, problem Rusiya istehsalı olan texnikada deyil, erməni zenit topçularının çox zəif təhsilli olmasındadır. Paşinyanın “Wasp”ı niyə bu qədər təriflədiyinin səbəbini bilirsinizmi? Çünki özü bu köhnə komplekslərin İordaniyadan alınmasında iştirak edib. Baxmayaraq ki,  həm Müdafiə Nazirliyi, həm də Baş Qərargah bu bazarlığa “OK” verməmişdi.

Hərbi ekspert Yevgeni Norin bu barədə belə deyir:

– Paşinyanın “Wasp”ı tərifləməsi təsadüfi deyil. Fakt budur ki, İordaniyadan  köhnəlmiş hava hücumundan müdafiə sisteminin alınması (Rusiyadan daha müasir hava hücumundan müdafiə sistemləri almaq əvəzinə)  Ermənistanda  çox ciddi suallar doğurdu. Bunun bir korrupsiya müqaviləsi olduğunu söylədilər. Üstəlik, Paşinyanın özünü də bu işə qarışmaqda günahlandırdılar. Beləliklə, Paşinyanın “Wasp”ın nə qədər yaxşı olduğunu danışması təbiidir. Baxmayaraq ki, ortada effektiv heç nə yoxdur …

Əlbəttə ki, Ermənistan müharibədə qalib gəlsəydi, müxalifət Paşinyanı hər şeyi bağışlaya bilərdi. Amma o, qələbənin itirildiyinə inanır. Ona görə də müxtəlif bəhanələr axtarır. Pis silahlardan bəhs etmək ağla gələn ilk şeydir. Ancaq baş nazir (həm də Ali Baş Komandandır) ordusunun zəif hazırlığı, əsgər və zabitlərin hərbi texnikaya az sahib olması barədə suallardan çəkinir.

Bunu Rusiya istehsalı olan “İskəndər” raketinin münaqişə zamanı yaşayış məntəqəsini səhvən “vurması” da sübut edir.

Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyanın mətbuat konfransında bu barədə ətraflı danışıb. General məğlubiyyətin əsas səbəbi kimi ordu rəhbərliyinin kobud səhvlərini göstərdi. Sabiq rəis Müdafiə Nazirliyi Baş Qərargah rəisi, general-leytenant Artak Davtyanı tənqid edərək ordunun dağılmasında onu əsas günahkar və  “ən bacarıqsız general” adlandırdı.

Akopyan Davtyanın kobud səhvlərinin bir nümunəsi kimi bir gecədə beş alayı azaltmaq barədə gizli əmr verdiyini dedi. Və ən qəribəsi odur ki, bu əmr üçün Paşinyandan “xeyir-dua” alınıbmış. İordaniyadan  köhnə  zenit raket sistemlərinin alınmasına gəlincə, generala görə, bu “Wasp”lar heç bir dron vurmadılar.

“Komsomolskaya pravda” qəzeti, 7 dekabr 2020

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*