“KONKRET.az” informasiya portalı Medianın İnkişafı Agentliyinin təşkil etdiyi müsabiqənin QALİBİ OLDUbackend

"KONKRET.az" informasiya portalı Medianın İnkişafı Agentliyinin təşkil etdiyi müsabiqənin QALİBİ OLDU

Xəbər verdiyimiz kimi bir müddət öncə Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində müsabiqə elan etmişdi.

Artıq Agentliyin elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.

KONKRET.az informasiya portalı Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən müsabiqənin qalibi olub.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinin inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edir.

KONKRET.az olaraq müsabiqədə qalib gələn bütün media subyektlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*