Azərbaycanda xəbər portallarına maliyyə vəsaiti ayrılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Bildirilib ki, MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri məlumdur.
Ümumilikdə 39 sayta maliyyə vəsaiti ayrılıb. Onlardan 34-ü ictimai-siyasi, 5 isə sahəvi – idman saytlarıdır.
Maliyyə yardımı ayrılan saytlar arasında KONKRET.az xəbər portalı da var.
