Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.
KONKRET.az xəbər verir ki, Niyaməddin Musayev bu barədə unikal.org-a açıqlamasında bildirib.
Xalq artisti tamamilə sağaldığını və yaxşı olduğunu da dilə gətirib:
“20 gün xəstəxanada yatdım. Vəziyyətim ağır idi, həkimlər məni sağaltdı. Onlara minnətdarlığımı bildirirəm. Hazırda yaxşıyam, artıq evimdəyəm”.
Şükür ALLAHA!