İlk türk kosmos səyahətçisinin yola düşmə tarixi açıqlanıb.
KONKRET.az xəbər verir ki, missiya 9 yanvar 2024-cü ildə baş tutacaq.
Bu vəzifəni icra edəcək şəxsin kimliyi də məlum olub.
Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək ilk türkün Alper Gezeravcı olduğunu açıqlayıb.
İlk türk astronavtı Alper Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.