Kreml narahatdır: İranın bu addımı Rusiyanı “məhv edəcək” – İLGİNC SSENARİbackend

Kreml narahatdır: İranın bu addımı Rusiyanı "məhv edəcək" - İLGİNC SSENARİ

İran Ukrayna müharibəsində Rusiyaya silah tədarükünü uzun müddət dayandıra bilər. Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Maraqlıdır, Tehran Ukrayna müharibəsində Kremlə yardım etməyə fasilə verərsə, bu, Rusiya üçün hansı nəticələrə yol açacaq?

Mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

Vəli Əlibəyov: “Əkdiyimiz PR toxumlarının kiçik cücərtilərini görürük”  MÜSAHİBƏ

“Tehran Kremlə yardımı məhdudlaşdırmaq niyyətindədir. Səbəb kimi isə ölkə daxilində silah istehsal imkanlarının zəifləməsidir.

İsrailin İran ərazisində həyata keçirdiyi hücumlar nəticəsində bir sıra hərbi zavodlar, o cümlədən dron və raket istehsal edən müəssisələr sıradan çıxıb. Bu səbəbdən İranın öz silah ehtiyatlarını bərpa etməyə ehtiyacı yaranıb və ölkənin xaricə silah ixrac etmək imkanları məhdudlaşıb”.

Şərhçi qeyd edib ki, İranın yardımını itirən Rusiya yeni silah tədarükçüləri axtarmağa məcbur olacaq. Bu məqsədlə Kreml Çin və Şimali Koreya kimi ölkələrə müraciət edərək, xüsusilə dron tədarükü istiqamətində əməkdaşlığı genişləndirməyə çalışa bilər.

“İranla mövcud tədarük zəncirinin pozulması Rusiyanın cəbhədə ciddi çətinliklərlə üzləşməsinə səbəb olub.

İranla qurulmuş təminat mexanizminin yenidən başqa ölkələrlə bərpası asan proses deyil. Bu isə Rusiyanın yay və payız mövsümləri üçün nəzərdə tutduğu hərbi planlarına ciddi təsir göstərəcək.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*