Kremldə oturan ən qatı cinayətkar ODUR – Portnikov elə bir ad çəkdi ki…backend

Kremldə oturan ən qatı cinayətkar ODUR - Portnikov elə bir ad çəkdi ki...

“Rusiyada ən mühüm cinayətkar qrup Kremldədir”.

KONKRET.az xəbər verir ki, bunu ukraynalı publisist və jurnalist Vitali Portnikov deyib.

O, Rusiyanın Odessa vilayətində SOCAR-ın neft bazasına dəfələrlə kütləvi və məqsədyönlü hücumlarını şərh edib:

Ukraynadakı Azərbaycan şirkətinə dəfələrlə zərbələr endirilməsi təsadüfi deyil. Tam əminliklə deyə bilərik ki, Rusiya Azərbaycanla Ukrayna ərazisində döyüşmək qərarına gəlib və bu, SOCAR-ın infrastrukturuna ilk hücumdan aydın görünür. Bundan başqa, Rusiya Azərbaycana qarşı hibrid müharibəyə başlayıb – müxtəlif təşkilatlarda gizli işləyən rus kəşfiyyatçılarının təxribat fəaliyyəti belə müharibənin epizodlarından biridir”, – Portnikov vurğulayıb.

Onun sözlərinə görə, Moskva hədələyir, daha ciddi tədbirlərə əl atacağını göstərməyə çalışır.

“Amma hazırda Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyanın bunu həyata keçirmək üçün kifayət qədər resursu yoxdur”.

Jurnalist Vaşinqtonda əldə olunan razılaşmalara Kremlin reaksiyasına da münasibət bildirib:

“Rusiyada Əliyev və Paşinyanı Trampla Oval kabinetdə görəndə sadəcə dəli olublar. Moskvanın regionda nəqliyyat qovşaqlarının yaradılması təşəbbüslərini dəstəklədiyini iddia etməsinə baxmayaraq, onların qisas arzusundan başqa heç bir istəkləri yoxdur. Mən şübhə etmirəm ki, Putin Azərbaycana qarşı ciddi revanş planı hazırlayır. Amma burada da o, ciddi səhv hesablamalar aparacaq. Çünki o, nə vətəndaşların dövlətinə bağlılığını, nə də beynəlxalq reaksiyanı qiymətləndirə bilir”, – Portnikov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*