Küçəyə atılan uşağa sahib çıxdı: “Körpəyə analıq etmək istəyirəm”backend

Küçəyə atılan uşağa sahib çıxdı: "Körpəyə analıq etmək istəyirəm"

İstanbulun Maltəpə şəhərində 1 həftə əvvəl doğulduğu ehtimal edilən körpə küçəyə atılıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, qışın soyuğunda çöldə qalan uşağa Atiyə Kökən adlı qadın sahib çıxıb. O, körpəni Ailə, Əmək və Sosial xidmətlər təşkilatına təslim edib. Qadın həmçinin uşağa analıq etməyə də hazır olduğunu bildirib:

“Əgər körpədən ailəsi könüllü olaraq imtina edibsə, mən onun anası olmaq istəyirəm”.

Qadın ürəkdağlayan hadisədən təəccübləndiyini də dilə gətirib:

“İnsan bu soyuq havada heyvanın çöldə qalmasına belə dözə bilmir. Körpə uşağa necə qıyıblar? Bu dəhşətdir”.

Hadisə ilə bağlı təhqiqat aparılır. Uşağı çöldə qoyub qaçan şəxsin kimliyi araşdırılır.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*