Külli miqdarda pul mənimsəyən Baharla bağlı qərarbackend

Külli miqdarda pul mənimsəyən Baharla bağlı qərar

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın sonuncu məhkəmə prosesi keçirilib.

KONKRET.az Unikal-a istinadən xəbər verir ki, prokuror 6 il 6 ay hökm oxunmasını tələb etsə də, məhkəmənin qərarı ilə Bahar Abışovaya 2 il müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*