Kürdəmir rayonunda ağır yol qəzası: Yaralananlar varbackend

Kürdəmir rayonunda ağır yol qəzası: Yaralananlar var

Kürdəmir rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində altı nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili yolundan çıxaraq Gəncə istiqamətində hərəkət edən “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə “Mercedes”in ağır xəsarət alan sürücü və sərnişinləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*