Kürdəmir sakini anasını və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaraladıbackend

Kürdəmir sakini anasını və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaraladı

Kürdəmir sakini anası və kəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Hadisə nəticəsində Nəsibə Aliyeva və Famil Şükürov ölüb, Vüqar Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*