Kuznetsovdan Bakıya töhfə: “QARABAĞ” kanalı açıldıbackend

Kuznetsovdan Bakıya töhfə: “QARABAĞ” kanalı açıldı

Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb.

KONKRET.az xəbər verir ki, bu barədə Axar.az-a Kuznetsovun özü bildirib.

“İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, – deyə tarixçi qeyd edib.

Kuznetsovun sözlərinə görə, o bu ideya üzərində uzun müddət işləyib:

“Düzünü desəm, bunu ideya da adlandırmaq düz olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır.
Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”.

Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün bu linkə daxil olub “Подписаться” (abunə olmaq) düyməsini basa bilərsiz.

  • Rasim Abbasov
    İyul 5, 2020 - 18:21

    «Депортация армян на Кавказ была, по сути, кинжалом предательства, пронзившего спины народов Кавказа» … Лев Толстой
    ***********************************************************
    “Ermənilərin Qafqaza köçürülüb gətirilməsi, əslində Qafqaz xalqlarının kürəklərinə sancılan xəyanət xəncəri idi”… Lev Tolstoy

Rasim Abbasov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*