Labubu “Qazprom”u MƏHV ETDİ – Matviyenko GİLEYLƏNDİbackend

Labubu "Qazprom"u MƏHV ETDİ - Matviyenko GİLEYLƏNDİ

“Çində istehsal edilən oyuncaq Labubu özünün yaradıcısına milyardlarla dollar gəlir gətirib və “iyrənc görünüşünə” baxmayaraq, qlobal trendə çevrilib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

Matviyenko Rusiyada analoji uğurlu yaradıcılıq məhsullarının olmamasından gileylənib və yerli istehsalçıları dəstəkləməyə çağırıb:

“Daha matryoşka ilə heç kəsi təəccübləndirmək olmaz… Bizdə isə o qədər istedadlı insan var. Bir az da onlara dəstək lazımdır. Labubu oyuncaqları istehsal edən Pop Mart-ın kapitalı 42,2 milyard dollara çatıb ki, bu da kapitallaşması 39 milyard olan Rusiyanın Qazprom şirkətindən 3,2 milyard dollar çoxdur”, – Matviyenko vurğulayıb.

2024-cü ildə “Qazprom” 1,076 trilyon rubl (təxminən 13,7 milyard dollar) xalis zərərə görə, dividend ödəməkdən imtina edib və artıq üçüncü ildir ki, səhmdarlar mənfəətsiz qalıb. Sonuncu dəfə ödənişlər 2022-ci ilin birinci yarısının nəticələrinə əsasən həyata keçirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*