“Laçın dəhlizi Rusiya sülhməramlılarının tam nəzarətindədir”.
KONKRET.az xəbər verir ki, bunu dekabrın 20-də Ermənistan parlamentinin növbədənkənar iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arman Eqoyan deyib.
“Laçın dəhlizi Rusiya Federasiyası sülhməramlılarının tam nəzarəti altındadır”, – deyə o bildirib.
Bundan sonra deputat “Kim güclüdür: Ermənistan, yoxsa Rusiya?” sualını verib. Daha sonra özü bu suala cavab verib.
“Mənə elə gəlir ki, Rusiya. Daha böyük ordusu var, atom bombaları və raketləri var, iqtisadiyyatı daha güclüdür. Başqa bir sual, belə bir vəziyyətdə necə davranmalıyıq. Laçın dəhlizi məsələsində Ermənistan Rusiya Federasiyasına kömək etməlidir, ya yox? Əgər kömək edirsə, deməli, kömək etdiyini bildirməlidir. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb”, – Eqoyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az